5.4-cü maddəsinə uyğun akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər əlavə edilir.
5.4. Bu qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və akkreditasiya orqanının internet informasiya ehtiyatlarında yerləşdirilir.
5.5. Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.
5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə