RV (Əks tərəfi). Sikkənin mərkəzində Parfiya dövlətinin banisi Arşakın (Ərsak) üzü sola , taxtda oturmuş təsviri verilib. Şahın sağ əlində, hakimiyyət rəmzi olan ox və yay təsvir edilib. Yayın altında, Arşakın dizlərinin qarşısında Atropatena (Ekbatanu) zərbxanasının monoqramması verilib. Şahın şəkilinin ətrafında, kvadrat formada yunan dilində əfsanə verilib.
2 №-li küp qəbirdə skeletin ayağının altından aşkar edilmiş ikinci sikkə sasani şahı Firuza məxsus, aşağı əyyarlı gümüş draxmadır.