Torpaq qəbir №-2. Qəbir 1№-li torpaq qəbirdən 4 metr şimal-qərbdə yerləşir. Qəbirın şimal-cənub istiqamətində, düzbucaqlı formada qurulmuş kamerası vardır. Qəbir kamerasının uzunluğu 1metr 60 sm, eni 1 metr-dir. Kameranın dərinliyi 2 metr-dir. Kameranın döşəməsi və divarları ağ gəcə oxşar maddə ilə suvanmışdır. Qəbirdən körpə uşağa məxsus, dağınıq halda skelet aşkar edildi. Kameradan müxtəlif rəngli muncuqlar, tunc qolbağ hissələri və dəmir əşyanın hissələri aşkar edildi.