Çərmədil nekropolunda aparılan arxeoloji tədqiqatlar zamanı üç nüsxə gümüş sikkə aşkar edilmişdir. Bu sikkələr ən erkəni Parfiya hökmdarı III Ərdəvanın ( b.e. 10-38-ci illər), bir nusxə Sasani şahı I Firuzun ( b.e. 459-484-ci illər) və bir nüsxə də I Qubadın (b.e. 488-496, 499-531-ci illər) adından zərb edilmiş draxmalardı.
Parfiya hökmdarı II Ərdəvana (10-38-ci illər) məxsus gümüş draxma 4 №-li küp qəbirdə, skeletin ağzının içindən aşkar edilmişdir.
Gümüş draxma. Ç=3.62 qr. D= 20 mm.