Azərbaycan ərazisində fəaliyyətdə olan rəqəmsal «Kinemetrics» seysmik
stansiyalarının yerləşmə sxemi
Azərbaycan ərazisinin seysmik rejimi
Azərbaycan ərazisinin seysmik rejimi bu ərazidə baş vermiş zəlzələ məlumatları əsasında araşdırılmışdır. Qafqaz, o cümlədən Azərbaycan ərazisində baş verən zəlzələlərin koordinatları instrumental yolla 1903-cü ildən başlayaraq «Bakı», «Şamaxı» və «Tiflis» stansiyalarının məlumatları əsasında təyin edilirdi. Lakin bu stansiyaların böyütmələri az olduğundan yalnız güclü zəlzələləri qeyd etmək olurdu. Sonrakı dövrlərdə seysmik müşahidə şəbəkəsinin genişlənməsi və stansiyaların daha həssas seysmoqraflarla təchiz edilməsi işin effektivliyini artırmışdır.
Zəlzələ ocaqlarının parametrləri müxtəlif üsullarla, əsasən isə kəsişmə metodu ilə təyin olunmuşdur. Bu zaman regional və lokal hodoqraflardan istifadə olunmuşdur.
Azərbaycan zəlzələləri haqqında instrumental məlumatlar müxtəlif kataloq və atlaslarda cəmlənmişdir. Şərqi Qafqazın zəlzələləri kataloquna 735-1970-ci illər ərzində baş vermiş zəlzələlərin makroseysmik və instrumental məlumatları daxil edilmişdir. Keçmiş SSRİ ərazisində qədim dövrlərdən 1975-ci ilə qədərki dövrdə baş vermiş zəlzələlərin dəqiqləşdirilmiş məlumatları başqa bir kataloqda (Novıy kataloq….1977) verilir.
1961-ci ildən indiyə qədər nəşr olunan «Zemletrəseniə v SSSR» (1992-ci ildən «Zemletrəseniə Severnoy Evrazii» adlanır) və «Seysmiçeskiy bölletenğ Kavkaza» illik kataloqlarında müvafiq dövrlərdə həmin ərazilərdə, o cümlədən Azərbaycanda baş vermiş zəlzələlərin instrumental və olduqları halda makroseysmik məlumatları verilir. Bundan əlavə AMEA RSXM illik Azərbaycan zəlzələlərinin kataloqlarını nəşr edir.
1980-ci ildən RSXM-də zəlzələlərin parametrlərinin hesablanması həm əllə, həm də kompyuterdə «Hiposentr» proqramı əsasında aparılır. Bu proqramın əsasına Azərbaycanın dördlaylı sürət modeli [Qasanov, 2001] qoyulur. Ocaq parametrlərinin hesablanmasında zəruri hallarda qonşu Rusiya və Gürcüstan dövlətlərinin seysmik stansiyalarının məlumatları istifadə olunur.
Müxtəlif kataloqlarda cəmlənmiş zəlzələlər haqqındakı məlumatlar sistemləş-dirilərək kompyuterdə regionun vahid zəlzələlər kataloqu yaradılmışdır.
Azərbaycan ərazisinin seysmik rejimini tətqiq etmək məqsədilə müxtəlif dövrlərdə ərazidə baş vermiş zəlzələlərin episentrlər xəritələri qurulmuşdur.
427-ci ildən 1930-ci ilə qədərki dövrü əhatə edən zaman ərzində baş vermiş zəlzələlərin (M5,0) episentrlər xəritəsi (şək. 5) göstərir ki, onlar əsasən Şamaxı, Gəncə, İranla sərhəd bölgəsində cəmləşirlər. Sahil boyu (Qubadan şərqə) zonada, Şəki və Naxçıvan bölgələrində də tək-tək zəlzələ ocaqları qeyd olunur.
6 saylı şəkildə 1931-1950-ci illər ərzində respublika ərazisində baş vermiş M4,5 olan zəlzələlərin episentrlər xəritəsi verilir. Bu xəritələrdən məlum olur ki, zəlzələ ocaqları yenə əvvəlki bölgələrdə qeyd olunurlar. Lakin əlavə olaraq qərb bölgələrində (Qazax və Zaqatala-Balakən bölgələri) və Xəzər dənizi ərazisində də çoxlu ocaqlar müşahidə olunur.