Kup qəbir şimal-şərq, cənub-qərb istiqamətində qoyulmuşdür. Küp qəbirdə skelet yarı bükülü vəziyyətdə, üzü cənub-şərq istiqamətində dəfn edilmişdir. Mərhumun sinə hissəsində ağzı novçalı, süddan biçimli saxsı qab, qarşı hissəsində isə dəmirdən hazırlanmış qılınc və xəncər qoyulmuşdur. Qəbirdən bir ədəd tuncdan hazırlanmış toqqa başlığı aşkar edildi. Küpün qərb divarında qalın bitum qatı vardır. Ümumiyyətlə küpün daxilində bir neçə yerdə bitum qalıqları aşkar edildi. Bitumdan həm küp qəbirlərin və həmdə saxsı qabların bərpasında istifadə edilmişdir. Ümumiyyətlə, tədqiqi etdiyimiz bəzi küp qəbirlərdə, bitum qalıqlarına təkcə sınıq hissədə deyil, digər yerlərdədə kütlə halında rast gəlinirdı. Bu hal hansısa dini inamla bağlı ola bilərdi. Küp qəbrin yanından bir ədəd süddan biçimli saxsı qab aşkar edildi.