2-ci addım:
Lazımi sәnәdlәri hazırlayın
Azәrbaycan Respublikası vәtәndaşları üçün aşağıdaki sәnәdlәri tәqdim etmәk zәruridir:
•Şәxsiyyәt vәsiqәsinin әsli vә surәti (şәxsiyyәt vәsiqәsinin ön və arxa tərəfi)
Siz fәrdi işadamısınızsa әlavә olaraq aşağıdakı sәnәdlәrini dә tәqdim etmәlisiniz:
•Dövlәt statistika Komitәsinin verdiyi qeydiyyat haqqında şәhadәtnamәnin notarius tәrәfindәn tәsdiq edilmiş surәti
•Dövlәt Sosial Siğorta Fondu tәrәfindәn verilmiş qeydiyyat haqqında arayış
•Vergi Xidmәti tәrәfindәn verilmiş şәhadәtnamәnin orginal-surәti
•Hәmçinin İmza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi tәrәfindәn tәqdim edilәcәk vә onun hüzurunda doldurulmalıdır)
Xarici ölkә vәtәndaşları hesab açmaq üçün aşağıdakı sәnәdlәri tәqdim etmәlidirlәr:
•Pasportun surәti, hәmçinin, pasportda uyğun başqa rәsmi qeydlәr yoxdursa, Azәrbaycana giriş vizasının surәti.
•Müvəqqəti qeydiyyat sәnәdinin surәti
•Şәxsiyyәtinizi tәyin etmәkdә kömәk edәcәk vә qanunlarla mәqbul sayılan hәr hansı başqa bir sәnәdin surәti.
•Hәmçinin İmza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi tәrәfindәn tәqdim edilәcәk vә onun hüzurunda doldurulmalıdır)