Küp qəbrin içi təmizlənərkən sol yanı üstə, baş hissəsi küp qəbirin ağzına tərəf, üzü şərqə, sıx bükülü vəziyyətdə kişi skeleti aşkar edildi. Sol əli sifətinə söykənmiş, sağ əli çanağı istiqamətində olub,ovcunda şüşə piyalə vardır. Ovcunun ətrafında 5 ədəd kiçik həcmli çay daşı aşkar edildi. Skeletin sıx bükülmüş ayaqlarının qarşısında, qınında, yəni qabında dəmir xəncər aşkar edildi. Xəncərin uzunluğu 45 sm, eni 4 sm-dir.