5.1. Akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır.
5.2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir:
5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti;
5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;
5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.
5.3. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. Müraciətə bu qanunun